Bağla


24 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 43 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

İqtisad, texnika, fizika, kimya, tibb, biologiya, fəlsəfə, sosiologiya, tarix, sənətşünaslıq, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru diplomları, filologiya və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları, Gürcüstanın Beynəlxalq Qara Dəniz Universitetində pedaqogika, İspaniyanın Barselona Avtonom Universitetində filologiya, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində iqtisad, Türkiyənin Atatürk Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad və Dokuz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 5 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” və “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasları üzrə 2 iddiaçıya, pedaqogika sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (rus dilinin tədrisi metodikası)” və “Korreksiya pedaqogikası” ixtisasları üzrə 2 iddiaçıya, tarix sahəsində “Vətən tarixi” və “Beynəlxalq münasibətlər tarixi” ixtisasları üzrə 2 iddiaçıya, tibb elmləri sahəsində “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə 1 və sənətşünaslıq sahəsində “Folklorşünaslıq” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


24.02.2022





Digər xəbərlər