Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasının Vyana şəhərinə işgüzar səfəri baş tutub.

Səfərin məqsədi akkreditasiya və keyfiyyət təminatı sahəsində Avstriya təcrübəsi ilə tanış olmaqdır. Səfər çərçivəsində 02 may tarixində Avstriya Təhsil, Elm və Təqdiqat Nazirliyinin və Avstriya Elmlər Akademiyasının məsul şəxsləri ilə görüşlər keçirilib və təcrübə mübadiləsi aparılıb.

Görüşlərdə Komissiyanın nümayəndə heyətinin üzvlərinə Avstriyanın 2030-cu ilə kimi “Tədqiqat, texnologiya və innovasiya strategiyası” və son on ildə elm sahəsində aparılan islahatlar, elmi müəssisələrdə keyfiyyət təminatının təşkili və akkreditasiyanın aparılması prosesi barədə ətraflı məlumat verilib.

Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.


02.05.2022





Digər xəbərlər