13 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 9 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 33 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
İqtisad, texnika, aqrar elmlər, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, iqtisad, texnika və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Süleyman Dəmirəl Universitetinin Sosial Elmlər İnstitutu tərəfindən iqtisad elmləri üzrə və Ukrayna Respublikasının Taras Şevçenko adına Luqansk Milli Universiteti tərəfindən pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub. 
Tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, “Ürək-damar cərrahlığı”, “Stomatologiya” və “Endokrinologiya” ixtisasları üzrə 4 iddiaçıya, pedaqogika sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” və “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” (riyaziyyatın, alman dilinin və musiqinin tədrisi metodikası) ixtisasları üzrə 4 iddiaçıya, sənətşünaslıq sahəsində “Təsviri sənət” və “Kulturologiya və onun ümumi məsələləri” ixtisasları üzrə 3 iddiaçıya, texnika elmləri sahəsində “Qida məhsullarının texnologiyası” və “Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası” ixtisasları üzrə 2 iddiaçıya, riyaziyyat sahəsində “Differensial tənliklər” və “Analiz və funksional analiz” ixtisasları üzrə 2 iddiaçıya, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


13.05.2022





Digər xəbərlər