Bağla


1 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 62 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, fizika, riyaziyyat, texnika, iqtisad və yer elmləri, tibb, filologiya, pedaqogika, memarlıq, fəlsəfə, tarix və siyasi elmlər, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 33 iddiaçıya fəlsəfə doktoru diplomları, fəlsəfə, filologiya, fizika, texnika, biologiya və aqrar elmlər üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Van Yüzüncü Yıl Universitetinin Sosial Elmlər İnstitutunda tarix və Dokuz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Texnika elmləri sahəsində “Maşınlar, avadanlıqlar və proseslər” ixtisasları üzrə 2 iddiaçıya, tarix elm sahəsində “Vətən tarixi” ixtisası üzrə 2 iddiaçıya, sənətşünaslıq sahəsində “Musiqi sənəti” ixtisası üzrə 3 iddiaçıya, pedaqogika sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (coğrafiyanın tədrisi və metodikası)” və “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasları üzrə 2 iddiaçıya, milli təhlükəsizlik və hərbi elmlər sahəsində “Hərbi nəzəri elmlər” ixtisası üzrə 2 iddiaçıya, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, tibb elmləri sahəsində “Mamalıq və ginekologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, pedaqogika sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə 2 iddiaçıya, tarix elm sahəsində “Vətən tarixi”, fizika elm sahəsində “Nəzəri fizika” və riyaziyyat elm sahəsində “Diferensial tənliklər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


01.07.2022





Digər xəbərlər