17-18 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 34 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tibb, biologiya elmləri, riyaziyyat, iqtisad elmləri, pedaqogika, filologiya və hüquq elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 13 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, riyaziyyat, texnika və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Atatürk Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Amerika Birləşmiş Ştatlarının Atlantik Beynəlxalq Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədilərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

İqtisad elmləri sahəsində  “Mühasibat uçotu”, “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1, kimya elm sahəsində “Üzvi kimya” və “Makromolekullar kimyası” ixtisaslarının hər biri üzrə 1, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası)” ixtisası üzrə 1,sosiologiya elm sahəsində “Sosial struktur, sosial institutlar və proseslər” ixtisası üzrə 1, aqrar elmlər sahəsində “Ümumi əkinçilik” ixtisası üzrə 1, biologiya elmləri sahəsində “Parazitologiya” ixtisası üzrə 1, filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)” ixtisası üzrə 1 və texnika elmləri sahəsində “İnşaat konstruksiyaları, bina və qurğular” ixtisası üzrə 1 iddiaçıya  dosent, riyaziyyat elm sahəsində “Analiz və funksional analiz”, texnika elmləri sahəsində “Yanğın və sənaye təhlükəsizliyi (Sənaye müəssisələrinin mühafizəsi üzrə)”, filologiya elmləri sahəsində “Azərbaycan dili” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


22.11.2022





Digər xəbərlər