Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəhbərliyi və kollektivi 12 dekabr 2022-ci il tarixində dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı olaraq, Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Müstəqil Azərbaycan dövlətinin qurucusunun abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. 


12.12.2022





Digər xəbərlər