Bağla


10 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 6 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 10 iddiaçıya attestatlar və diplomların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tibb elmləri, kimya, biologiya elmləri, aqrar elmlər, tarix və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Aqrar elmlər sahəsində “Torpaqşünaslıq”, kimya elm sahəsində “Fiziki kimya”, tarix elm sahəsində “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


10.03.2023





Digər xəbərlər