24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə almış iddiaçılara fəlsəfə doktoru diplomlarının, elmi ad almış iddiaçıya dosent attestatının və xarici ölkədə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə AAK-ın sədri Famil Mustafayev 11 elm sahəsi (sənətşünaslıq, texnika, psixologiya, pedaqogika, kimya, aqrar, biologiya, tarix, iqtisad, tibb və filologiya elmləri) üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 15 iddiaçıya fəlsəfə doktoru diplomlarını, xarici ölkədə pedaqogika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş bir iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnaməni təqdim etmişdir.

Tədbirdə “Musiqi sənəti” ixtisası üzrə dosent elmi adına layiq görülmüş bir nəfərə müvafiq attestat təqdim edilmişdir.

AAK sədri elmi dərəcə və elmi ad almış tədqiqatçıları təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətdə yeni nailiyyətlər arzulamışdır.


24.11.2020





Digər xəbərlər