SON XƏBƏRLƏR: İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim edilib... “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi mü... İddiaçılara diplomlar və şəhadətnamələr təqdim edilib... Famil Mustafayev: “Elmi tədqiqat işlərinin sənayenin, biznesin və innovasiya iqtisa... İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim edilib... İddiaçılara diplomlar, attestatlar və şəhadətnamə təqdim edilib... Ali Attestasiya Komissiyasının sədri dissertasiya şuralarının elmi katibləri ilə g... Komissiyanın Facebook səhifəsində canlı yayım... Komissiyanın Rəyasət Heyəti elmi dərəcədən məhrumetmə ilə bağlı qərar qəbul... İddiaçılara fəlsəfə doktoru diplomları və dosent attestatı təqdim edilib... İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim edilib... İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim edilib... Ali Attestasiya Komissiyasında Ekspert şuralarının sədrləri ilə görüş keçirili... Xarici dil üzrə fəlsəfə doktoru imtahanları ilə bağlı iddiaçıların nəzərinə... Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi... İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim edilib... İddiaçılara diplomlar, attestat və şəhadətnamə təqdim edilib... Azərbaycan Respublikasının Prezidentinə AAK-ın kollektivi adından təbrik məktubu... İddiaçılara diplom, attestat və şəhadətnamələr təqdim edilib... AAK Silahlı Qüvvələrə Yardım Fonduna 12 000 manat vəsait ayırıb... İddiaçılara diplom, attestat və şəhadətnamələr təqdim edilib... İddiaçılara diplom və attestatlar təqdim edilib... Ali Attestasiya Komissiyasının sədri Bakı Dövlət Universitetində... Ali Attestasiya Komissiyasının əməkdaşları dissertasiyanın yeni qaydalara uyğun m... AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının... Ali Attestasiya Komissiyasında iddiaçılara diplom və attestatlar təqdim edilib... Ali Attestasiya Komissiyasının sədri Azərbaycan Dövlət Pedaqoji Universitetinin prof... Ali Attestasiya Komissiyasının sədri Azərbaycan Dillər Universitetində... Ali Attestasiya Komissiyasının sədri Bakı Slavyan Universitetində... Ali Attestasiya Komissiyası ilə elm və təhsil müəssisələrinin əməkdaşlığı g... İddiaçılara diplom və attestatlar təqdim edilib...


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16.04.2021-ci il tarixində keçirilmiş iclasında Rusiya Federasiyasının vətəndaşı, “Mediamuzıka” elektron jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Aleksandr Valeryeviç Çernışovun Komissiyaya ünvanladığı 08.02.2019-cu və 14.10.2019-cu il tarixli müraciətlərində qaldırdığı iddia müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

 

Müraciətlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar İsgəndər qızı Əsgərovanın 2016-cı ildə Rusiyanın Stavropol şəhərində dərc olunmuş «Джазовые ритмы в структуре произведений» adlı məqaləsinin A.Çernışovun 2011-ci ildə dərc olunmuş «Джазовый ритм в музыке академической традиции» məqaləsindən plagiat olması faktının araşdırılması, N.Əsgərovanın 2017-ci ildə müdafiə edərək 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı “Элементы джаза в фортепианном творчестве композиторов ХХ века” (“XX əsr bəstəkarlarının fortepiano yaradıcılığında caz elementləri”) adlı dissertasiyasının (elmi rəhbəri – fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə) yenidən ekspertizaya cəlb olunması və dissertasiyada elmi plagiat faktlarının aşkarlanacağı təqdirdə onun elmi dərəcədən məhrum edilməsi barədə Komissiya qarşısında məsələ qaldırılırdı.

 

Komissiyada işin ekspertizasının nəticəsinə və Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının rəyinə əsasən, N.Əsgərovanın adı çəkilən məqaləsinin A.Çernışovun məqaləsindən plagiat olması, dissertasiya işinin əhəmiyyətli hissəsinin plagiatlığı, işin nəticə bölməsinin isə bütövlüklə rusiyalı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.V.Mityuxinanın 2003-cü ildə müdafiə etdiyi “Влияние джаза на профессиональное композиторское творчество Западной Европы первых десятилетий ХХ века” adlı dissertasiyasının (https://www.dissercat.com/content/vliyanie-dzhaza-na-professionalnoe-kompozitorskoe-tvorchestvo-zapadnoi-evropy-pervykh-desyat) nəticə hissəsindən elmi plagiat olması faktı həqiqətən öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, Nigar Əsgərova müstəqil elmi araşdırma aparmamış, aşağıda adları qeyd olunan müxtəlif müəlliflərin ayrı-ayrı vaxtlarda nəşr etdirdikləri monoqrafiya və məqalələrdən, müdafiə etdikləri dissertasiya işlərindən tərcümə (ingilis dilindən) və ya birbaşa köçürmə yolu ilə (bəzi hallarda açar sözləri və feilləri dəyişdirməklə) saxta dissertasiya hazırlamışdır:

 

1. Огородова А.В. Этноджаз как социокультурный феномен. Диссертация на соискание ученой степени кандидата философских наук, 2008, https://www.dissercat.com/content/etnodzhaz-kak-sotsiokulturnyi-fenomen (plagiat N.Əsgərovanın dissertasiyasının giriş hissəsində və 4.1 yarımfəslində qeydə alınmışdır);

2. Коллиер Дж.Л. Становление джаза. М., Радуга,1984 (plagiat N.Əsgərovanın dissertasiyasının 1.1 yarımfəslində qeydə alınmışdır);

3. Блюз, https://ru.wikipedia.org/wiki/Блюз (plagiat N.Əsgərovanın dissertasiyasının II-ci fəslində qeydə alınmışdır);

4. Равель. Соната для скрипки и фортепиано (Violin Sonata No.2 (G-dur)), https://www.belcanto.ru/ravel_vs.html (plagiat N.Əsgərovanın dissertasiyasının 3.2 yarımfəslində qeydə alınmışdır);

5. Светлакова Н. Регтайм в произведениях европейских и отечественных композиторов начала ХХ века, https://docplayer.ru/32712611-N-svetlakova-regtaym-v-proizvedeniyah-evropeyskih-i-otechestvennyh-kompozitorov-nachala-hh-veka.html (plagiat N.Əsgərovanın dissertasiyasının 3.2 və 3.7 yarımfəsillərində qeydə alınmışdır);

6. Вагиф Азиз оглы Мустафа-заде, https://moyazerbayjan.clan.su/publ/kultura_azerbajdzhana/kompozitory_ azerbajdzhana/vagif_aziz_oglu_mustafa_zade/106-1-0-40 (plagiat N.Əsgərovanın dissertasiyasının 4.1 yarımfəslində qeydə alınmışdır);

7. Исмайлова З. Так начинался азербайджанский джаз. Культура, 2016, 8 февраля, https://news.day.az/culture/746549.html (plagiat N.Əsgərovanın dissertasiyasının 4.1 yarımfəslində qeydə alınmışdır);

8. Высоцкая М.С. Между логикой и парадоксом: композитор Фарадж Караев. Диссертация на соискание ученой степени доктора искусствоведения, 2010, https://www.dissercat.com/content/mezhdu-logikoi-i-paradoksom-kompozitor-faradzh-karaev (plagiat N.Əsgərovanın dissertasiyasının 4.2 yarımfəslində qeydə alınmışdır);

9. Высоцкая М.С. Между логикой и парадоксом: композитор Фарадж Караев. Автореферат диссертации на соискание ученой степени доктора искусствоведения, 2010, http://cheloveknauka.com/v/354215/a#?page=1 (plagiat N.Əsgərovanın dissertasiyasının 4.2 yarımfəslində qeydə alınmışdır);

10. Сеидов Т. A. «Пианист, композитор, педагог». Азербайджанские известия. 2015, 18 февраля, с.3 http://www.anl.az/down/meqale/azerizv/2015/fevral/420298.htm (plagiat N.Əsgərovanın dissertasiyasının 4.2 yarımfəslində qeydə alınmışdır)

 

Nigar Əsgərova Sənətşünaslıq və Memarlıq elmləri üzrə ekspert şurasının 02.03.2021-ci il tarixli iclasında şəxsən iştirak etmiş və belə bir vəziyyətin yaranmasında elmi rəhbəri fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin də kifayət qədər tələbkar olmadığını səbəb kimi göstərmişdir.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.3.2-ci yarımbəndini rəhbər tutmaqla Sənətşünaslıq və memarlıq elmləri üzrə ekspert şurası 02.03.2021-ci il tarixli qərarı ilə yekdilliklə Əsgərova Nigar İsgəndər qızının «Элементы джаза в фортепианном творчестве композиторов ХХ века» (“XX əsr bəstəkarlarının fortepiano yaradıcılığında caz elementləri”) mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsindən məhrum olunmasını Komissiyanın Rəyasət Heyətinə tövsiyə etmişdir.

 

Komissiyanın Rəyasət Heyətinin 16.04.2021-ci il tarixli iclasında məsələ ilə bağlı geniş müzakirə aparılmış və dissertasiya işində aşkar olunmuş elmi plagiat faktına görə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar İsgəndər qızı Əsgərovanın elmi dərəcədən məhrum edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin Əsgərova Nigar İsgəndər qızının elmi rəhbəri olmuş fəlsəfə elmləri doktoru, professor Gülnaz Abutalıb qızı Abdullazadənin müvafiq qərar qəbul edildiyi gündən üç il müddətinədək dissertasiya işləri üzrə elmi rəhbər təyin edilməsinə məhdudiyyət qoyulmuşdur.


16.04.2021





Digər xəbərlər