Bağla


28 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev Komissiyanın yeni yaradılmış Facebook səhifəsi üzərindən canlı yayımda elmi dərəcə və elmi ad iddiaçılarının müxtəlif mövzularda çoxsaylı suallarını cavablandırmışdır.

Komissiyanın sədri rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, son iki il ərzində həyata keçirilmiş islahatların, təsdiq edilmiş normativ-hüquqi sənədlərin mahiyyəti barədə dolğun məlumat vermiş, iddiaçıların fəlsəfə doktoru imtahanlarının verilməsi, elmi məqalələrin dövri nəşrlərdə dərc etdirilməsi, elmi dərəcələr və elmi adların verilməsi, xarici ölkələrdə verilmiş müvafiq sənədlərin tanınması ilə bağlı çoxsaylı suallarını cavablandırmış, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində elmi seminarların və dissertasiya müdafiələrinin təşkili və keçirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirmişdir.

Canlı yayımın əhatə etdiyi beş saat ərzində izləyicilərin 300-ə yaxın sualı cavablandırılmış, 500-dən çox istifadəçi rəyi qeydə alınmışdır.

https://www.facebook.com/aak.gov.az/


28.04.2021





Digər xəbərlər