Bağla


16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə 11 elm sahəsi üzrə 26 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilib.

İqtisad, aqrar, riyaziyyat, tibb, biologiya, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 15 iddiaçıya fəlsəfə doktoru diplomları, ABŞ-ın Ostin Texas Universitetində texnika elmləri və Türkiyə Respublikasının Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Tibb elmləri sahəsində “Daxili xəstəliklər” ixtisası üzrə 4 iddiaçıya, biologiya elmləri sahəsində “Botanika” və “Mikrobiologiya” ixtisasları üzrə 2 iddiaçıya, kimya elmləri sahəsində “Makromolekullar kimyası” ixtisası üzrə 1, psixologiya elmləri sahəsində “Pedaqoji psixologiya” ixtisası üzrə 1 və filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


16.11.2021





Digər xəbərlər