Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
Famil Front oğlu Mustafayev
İqtisad elmləri doktoru, professor
18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur.
Təhsili:
1984-1989-cu illərdə Rusiya Federasiyası Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisas...