Bağla


Sədr müavini

Sakin Həmid oğlu Cabarov
Fizika elmləri doktoru

30 avqust 1983-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur.
Təhsili:
2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində fizika ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə kvant elektronikası ixtisası üzrə magistr təhsili almış və universiteti fərqlənmə diplomları ilə bitirmişdir.

Əmək fəaliyyəti:
2005-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda texnik, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi,
2010-2014 və 2017-2018-ci illərdə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi,
2014-2015-ci illərdə Almaniyanın Bayrot Universitetində postdok mövqeyində,
2018-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
2022-ci ilin 27 may tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavinidir.

Elmi-pedaqoji fəaliyyəti:
2017-2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifəsində çalışmışdır.
2012-ci ildə “Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3 və BiMnO3 perovskit seqnetoelektriklərində struktur faza keçidləri” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini,
2021-ci ildə “Perovskitlərdə və heksaferritlərdə təzyiq və temperaturun təsiri ilə quruluş və maqnit faza keçidləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2017-ci ildə dosent elmi adını almışdır.
150-dən çox elmi əsərin - məqalə və konfrans materiallarının müəllifidir.

Ailəlidir, iki övladı var.

Sakin Cabarov