7 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 64 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
İqtisad elmləri, texnika, riyaziyyat, mexanika, tibb elmləri, kimya, aqrar elmlər, tarix, fəlsəfə, sənətşünaslıq, filologiya və yer elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 35 iddiaçıya fəlsəfə doktoru diplomları, filologiya, pedaqogika, tibb və iqtisad elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Almaniya Federativ Respublikasında fəlsəfə, Türkiyə Respublikasında tarix və Rusiya Federasiyasında tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 3 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Azərbaycan dili”, “Türk dilləri”, “Azərbaycan ədəbiyyatı” və  “Folklorşünaslıq” ixtisasları üzrə 8 iddiaçıya, tibb elmləri sahəsində “Daxili xəstəliklər”, “Stomatologiya” və “Mamalıq və ginekologiya” ixtisasları üzrə 3 iddiaçıya, texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (kompüter mühəndisliyi üzrə)” və “Gəmiqayırma və gəmi təmiri texnologiyası” ixtisasları üzrə 2 iddiaçıya, sənətşünaslıq sahəsində “Musiqi sənəti” və “Teatr sənəti” ixtisasları üzrə 2 iddiaçıya, aqrar elmlər sahəsində “Parazitologiya”, biologiya elmləri sahəsində “Farmakologiya, klinik farmakologiya”, tarix sahəsində “Vətən tarixi”, iqtisad elmləri sahəsində “İqtisadi fəaliyyət növləri” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, siyasi elmlər sahəsində “Dövlət idarəçiliyi” və “Siyasi nəzəriyyə” ixtisasları üzrə 2 iddiaçıya professor attestatları təqdim edilib.


07.04.2022





Digər xəbərlər