Bağla


22 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 10 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 24 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Fizika, texnika, iqtisad elmləri, filologiya, hüquq, tibb elmləri, siyasi və aqrar elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 14 iddiaçıya fəlsəfə doktoru diplomları, filologiya, texnika və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan dili” və “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)” ixtisasları üzrə 2 iddiaçıya, biologiya elmləri sahəsində “Biofizika” ixtisası üzrə 2 iddiaçıya, aqrar elmlər sahəsində “Bitkiçilik” və “Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası” ixtisasları üzrə 2 iddiaçıya və pedaqogika sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


22.04.2022





Digər xəbərlər